Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir.
"Report" xəbər verir ki, hərbi qulluqçular saat 10:00-dan başlayaraq 12:00-dək bəzi marşrutlar üzrə yürüş edəcəklər.
Yürüşlərin keçirildiyi ünvanlar aşağıdakılardır:
- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi;
- Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;
- Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;
- “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;
- Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi.
FOTO: Samirə Həsənova
Oxşar xəbərlər
26 İyun - Silahlı Qüvvələr Günündə hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri təşkil olunacaq
Zəfər Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüş keçiriləcək
Bakıda Zəfər Günü münasibətilə yürüş keçirilir - FOTO
Zəfər Günü Bakıda yürüş olacaq - Bu yollar bağlanacaq
Bakıda Zəfər Günü münasibətilə yürüş keçirilib - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













