Diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib
Diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib.
“Sizinxeber.az” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Pasportlar haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Belə ki, inzibati vəzifələrin birinci təsnifatına aid edilən vəzifələrin təminatlarından istifadə etmək məqsədi ilə "Pasportlar haqqında" təklif edilən dəyişikliklə Prezidentin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinlərini də diplomatik pasportu əldə edə biləcək subyektlərin dairəsinə daxil ediləcəklər.
Bundan başqa, “Dövlət qulluğu haqqında” qanuna dəyişikliyə görə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.
Oxşar xəbərlər
Diplomatik pasport əldə edəcək subyektlərin dairəsinin genişləndirilməsi ilk oxunuşda qəbul edilib
Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşib
PA şöbə rəhbərinin müavinləri diplomatik pasport əldə edə biləcək
MM dövlət qulluğunun inzibati və yardımçı vəzifələrinin birinci təsnifatının genişləndirilməsini ilk oxunuşda qəbul edib
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin I təsnifatına daxil edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













