Deputat: Azərbaycan əhalinin hər 100 min nəfərinə düşən vəkil sayına gorə geri qalır
sizinxeber.az xəbər saytı

Deputat: Azərbaycan əhalinin hər 100 min nəfərinə düşən vəkil sayına gorə geri qalır


Regionda Azərbaycanın vəkillik sisteminin uğurlarına rəğmən geri qaldığımız məsələlər də var.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində deyib.

O müqayisə üçün qeyd edib ki, qonşu Gürcüstanda vəkillərin sayı 4 min 37, Ermənistanda i1578 nəfərdir:

"Azərbaycanda isə bugünkü andiçmədən sonra vəkillərin sayı 2701 nəfər olacaq. Əhalinin hər yüz min nəfərinə düşən vəkil sayına gorə geri qalırıq. Təkcə regionda deyil, ölkə üzrə vəkillərin paylanmasında da problem var.

Hər rayonda vəkillərin sayı ən az bir və iki deyilsə, ya da ümumiyyətlə, yoxdursa, orada hüquqi müdafiə işinin keyfiyyətindən danışmaq real deyil. Ona görə sonrakı dövrdə vəkilliyin statusunu gücləndirəcək, təminatını artiracaq çoxlu təkliflər olmalıdır".

Oxşar xəbərlər

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb
Anar Bağırov: Azərbaycanda vəkillərin ümumi sayı 2 609 nəfərdir
Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb
Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib
İntizam pozuntularına görə 3 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle