Su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə edilib
sizinxeber.az xəbər saytı

Su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə edilib


Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Xanbulan kənd inzibati dairəsi üzrə nümayəndəliyində müşavirə keçirib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Tədbirdə yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.

Müşavirədə rayon ərazisindəki çimərliklərdə keçirilmiş monitorinqin nəticələri, mövcud vəziyyət, eləcə də çimərliklərdə təhlükəsizlik qaydaları barədə tədbir iştirakçıları geniş məlumatlandırılıb.

Tədbirdə, həmçinin çimərliklərin vəziyyəti, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub.

Oxşar xəbərlər

FHN-də COP29 ərəfəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə planlar müzakirə edilib
İnsanların kütləvi toplaşdığı obyektlərin yanğına qarşı vəziyyəti müzakirə olunub
Su hövzələrində təhlükəsizliklə bağlı müşavirələr keçirilib
Su hövzələrində insanların təhlükəsizliyin təmin edilməsi mövzusunda müşavirələr keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle