"Meydan TV" işi üzrə saxlanılan Şəmşad Ağanın həbs müddəti uzadılıb
sizinxeber.az xəbər saytı

"Meydan TV" işi üzrə saxlanılan Şəmşad Ağanın həbs müddəti uzadılıb


"Meydan TV" işi üzrə saxlanılan “Arqument.az” saytının rəhbəri Şəmşad Ağanın həbs müddəti uzadılıb.

"Report"un məlumatına görə, bu barədə qərar Xətai Rayon Məhkəməsində keçirilən prosesdə verilib.

Qərara əsasən, onun həbs müddəti sentyabr ayının 5-nə qədər uzadılıb.

Qeyd edək ki, Şəmşad Ağa qaçaqmalçılıqda ittiham olunur.

Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb.

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

Daha sonra Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçilib
“Meydan" TV işi üzrə saxlanılan Nurlan Librenin həbs müddəti uzadılıb
"Meydan TV" işi üzrə saxlanılanlar barəsində məhkəmə qərar qəbul edib – YENİLƏNİB
"Meydan TV" işi üzrə saxlanılan jurnalist həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle