Bələdiyyələrə uzunmüddətli kreditlər verilməsi təklif olunur
sizinxeber.az xəbər saytı

Bələdiyyələrə uzunmüddətli kreditlər verilməsi təklif olunur


Bələdiyyələrə uzunmüddətli kreditlər verilməlidir ki, onlar məktəbəqədər təhsil müəssisələri yaratsınlar.

“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında deyib.

O qeyd edib ki, hazırda bir valideynin işləməsi ilə ailəni dolandırmaq çətindir:

“Ona görə hər iki valideyn işləməli olur. Bəs belə halda uşaqları harada saxlamaq lazımdır? Qanunvericilikdə bu məsələlərə yenidən baxılmalıdır”.

Komitə sədri vurğulayıb ki, hazırda ölkədə Elm və Təhsil Nazirliyinin tabeliyində 1700-ə qədər məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir:

"Təklif edirəm ki, Mənzil Məcəlləsinə yeni maddə əlavə olunsun. Qanunda dəyişiklik edək ki, hər yeni tikilən binada məktəbəqədər təhsil müəssisəsi yaradılsın. Bu tələb qoyulsa, məktəbəqədər təhsil müəssisələrinin sayı ciddi şəkildə artar".

Oxşar xəbərlər

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı dəyişiklik ilk oxunuşda qəbul edilib
Yeni tədris ilində Bakı məktəblərində yarım milyondan çox şagird təhsil alacaq
Azərbaycanda məktəbəqədər uşaqların sayı 650 minə çatıb
Mikayıl Cabbarovun qoluna nə olub?
Agentlik: 2026-cı ilədək bağçalara uşaq qəbulunun sayı artırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle