Günün ikinci yarısında İrandan Azərbaycana 100-dən çox əcnəbi təxliyə olunub
Günün ikinci yarısında İrandan Astaraya 100-dən çox əcnəbi keçib.
Bu barədə “Report”un Cənub bürosu məlumat yayıb.
Belə ki, İrandan Azərbaycana keçidlə bağlı günün birinci yarısında xüsusi aktivlik müşahidə olunmasa da, axşamdan gecə yarısınadək ümumilikdə 100-dən artıq xarici ölkə vətəndaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə keçərək öz ölkələrinə yola salınıb.
Azərbaycan ərazisindən xüsusi keçid kodu almaqla humanitar dəhliz vasitəsilə təxliyə olunanlar arasında bu gün Kanada, Fransa, Qırğızıstan, ABŞ, Çin, Pakistan, Almaniya, Tacikistan vətəndaşları və meksikalı diplomatlar da olub.
Son saatlarda buraxılış məntəqəsindən keçənlərin böyük əksəriyyətini İran əsilli İtaliya vətəndaşları təşkil edib.
Təxliyə prosesi davam edir.
Oxşar xəbərlər
İndoneziya XİN başçısı: İrandan Azərbaycana 90-dan çox vətəndaşımız təxliyə edilib
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Qazaxıstan XİN: 22 qazaxıstanlı İrandan Azərbaycan vasitəsilə təxliyə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













