Şəmkirdə vətəndaşlara növbəti pulsuz hüquqi yardım aksiyası keçirilib
Şəmkir rayonunda Milli Məclisin sədri, 102 saylı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarovanın təşəbbüsü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə vətəndaşlara növbəti pulsuz hüquqi yardım aksiyası keçirilib.
Bu barədə "Report"a Vəkillər Kollegiyasından bildirilib.
Mərasimdə çıxış edən VK sədri Anar Bağırov bu kimi aksiyaların keçirilməsinin əhəmiyyətini qeyd edərək, tədbirin təşkilinə görə Milli Məclisin sədrinə minnətdarlığını bildirib.
Sədr deyib ki, Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən görülən işlər ölkəmizdə vəkillik institutunun inkişafına mühüm təkan verir. Bu Sərəncamdan irəli gələrək aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım göstərilməsi məqsədilə bir sıra addımlar atıldığını xatırladıb. Bu cür ödənişsiz hüquqi yardımın həyata keçirilməsində Kollegiya üzvləri fəal iştirak edirlər. Bu aksiyada da Kollegiyanın üzvləri vətəndaşların suallarını cavablandıraraq, onlara hüquqi yardım göstərəcəklər.
Qeyd edək ki, aksiya zamanı ümumilikdə 50 nəfərdən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib. Müraciət edən şəxslərə şifahi məsləhət verilməklə yanaşı, bəzi sakinlər üçün isə müvafiq ərizələr yazılıb.
Oxşar xəbərlər
Vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstəriləcək
Sədr: Vəkillik institutunun inkişafı və möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülür
Azərbaycanda 2 vəkilə töhmət, 6-na xəbərdarlıq olunub
Anar Bağırov: Dövlət hesabına hüquqi yardım üçün vəkillərə ödənilən vəsait qənaətbəxş deyil
Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













