“Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın yekunlaşdırılması üçün konkret vaxt qrafiki müəyyənləşib
“2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması və yekunlaşdırılması üçün konkret vaxt qrafiki müəyyənləşdirilib.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetində “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı iclasda bildirilib.
İclasda Baş nazir Əli Əsədov qeyd edib ki, Strategiya və Dövlət Proqramı hazırlanarkən mövcud maliyyə imkanları nəzərə alınmalı, hədəflərin realizasiyası üçün nəzərdə tutulan tədbirlər real, dəqiq və ölçülə bilən indikatorlara söykənməli, Strategiya və Dövlət Proqramı hazırlanarkən digər aidiyyəti sənədlər və I-ci Dövlət Proqramında nəzərdə tutulan, daha sonrakı müddətə optimallaşdırılan layihələr nəzərə alınmalıdır.
Baş nazir vurğulayıb ki, Strategiyadan və Dövlət Proqramından irəli gələn konseptual məsələlərin və yekun layihələrin mərhələlərlə İqtisadi Şurada da müzakirəsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
"Böyük Qayıdışa dair II Dövlət Proqramı" hazırlanacaq
Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib
Azərbaycanda 2025-ci ildə xərc üzrə siyasətin əsas istiqamətləri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













