"Qaçqınkom"da dövlət qulluqçularının peşə bayramı qeyd edilib
sizinxeber.az xəbər saytı

"Qaçqınkom"da dövlət qulluqçularının peşə bayramı qeyd edilib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

Bu barədə "Sizinxeber.az"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Rövşən Rzayev "Qaçqınkom"un fəaliyyət sahəsi olan qaçqınlar və məcburi köçkünlərlə işin xüsusi əhəmiyyətindən danışıb.

Qeyd edilib ki, bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri Böyük Qayıdış prosesidir. Həmin prosesin uğurla reallaşdırılması üçün Dövlət Komitəsinin əməkdaşlarına ciddi vəzifələr düşür və hər bir dövlət qulluqçusu bu istiqamətdə yüksək məsuliyyətlə çalışmalıdır.

Prezident İlham Əliyevin 21 iyun tarixli Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Dövlət Komitəsinin 3 əməkdaşı - Təbriz Əmirxan oğlu Zeynalov, Şəhla Əvəz qızı Xələfova və Sevgili Mehdi qızı Həsənova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.

Oxşar xəbərlər

Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
"Qaçqınkom"un heç bir quruma kommunal xidmətlərə görə borcu yoxdur" - RƏSMİ
“Qaçqınkom”dan azad olunan ərazilərə köçürülən şəxslərlə bağlı iddialara CAVAB
Qarabağda və Şərqi Zəngəzurda bu günədək 8500-dən çox keçmiş məcburi köçkün məskunlaşdırılıb
Digər rayonların sakinləri Qarabağdan ev ala bilərmi? - RƏSMİ AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle