Eldar Ələsgərov: Artıq şəhid qardaşımın məzarından xəbərdarıq
sizinxeber.az xəbər saytı

Eldar Ələsgərov: Artıq şəhid qardaşımın məzarından xəbərdarıq


“Artıq şəhid qardaşımın məzarından xəbərdarıq”.

“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, bunu Birinci Qarabağ döyüşlərində şəhid olan Fuad Ələsgərovun qardaşı Eldar Ələsgərov bildirib.

O, illər sonra qardaşının ata yurdunda dəfn olunmasından təsəlli tapdıqlarını qeyd edib.

“Şükürlər olsun ki, 32 il sonra qardaşının məlum məzarı var. Biz onun Füzuli istiqamətində gedən döyüşlərdə itkin düşdüyünü, sonradan isə şəhid olduğunu bilirdik. Amma harada dəfn olunduğundan xəbərsiz olmuşuq. Şükürlər olsun ki, indi qardaşımın öz ata yurdunda bizlərə məlum olan bir məzarı var. Bu işdə əməyi keçən hər kəsə xüsusi minnətdarlığımı bildirirəm. Allah Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət etsin”

Qeyd edək ki, Fuad Cəfər oğlu Ələsgərov 1974-cü il martın 8-də Tovuzun Ağbaşlar kəndində anadan olub. O, 1993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb. Onun nəşinin qalıqları isə Xocavənd rayonunda aşkarlanıb. F. Ələsgərov Ağbaşlı kənd qəbiristanlığında dəfn olunub.

Oxşar xəbərlər

Şəhid qardaşı: Anam onun həsrəti ilə bu dünyadan köçdü
Şəhid qardaşı: Onun məzarının artıq harada olduğunu bilmək bizim üçün təsəllidir
Şəhid bacısı: Qəhrəman hərbçilərimiz qardaşımın qisasını alıblar
Şəhid qardaşı: Onun tapılması üçün axtarışlara fasilə vermirdik
Şəhid qardaşı: Artıq 32 illik həsrət sona çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle