Bahar Muradova Sabirabadda vətəndaşları qəbul edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
in
2025
18:00

Bahar Muradova Sabirabadda vətəndaşları qəbul edib

20 in, 2025
18:00
676

Bahar Muradova Sabirabadda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Sabirabadda vətəndaşları qəbul edib.

"Sizinxeber.az" xəbər verir ki, qəbulda komitə sədri Sabirabad, Saatlı və İmişli rayon sakinlərinin müraciətlərini dinləyib.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında hüquqi yardım, uşaqların müalicəsi, işlə təmin olunma, sosial dəstəyin göstərilməsi və digər məsələlər yer alıb.

Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

Bizimlə əlaqə saxlayın