Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
in
2025
16:30

Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib

14 in, 2025
16:30
541

Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Vəkillər Kollegiyasının (VK) birgə təşkilatçılığı ilə Şirvanda 80-dən çox məcburi köçkünə ödənişsiz hüquqi yardım göstərilib.

Bu barədə "Sizinxeber.az"a Komitədən məlumat verilib.

“Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Yurdumuza Qayıdırıq” adlı hüquqi maarifləndirmə tədbirində dövlət tərəfindən təqdim edilən güzəştlər və sosial imtiyazlar, sosial müdafiə tədbirlərinin və digər aktual hüquqi məsələlər barədə ətraflı məlumat verilib.

Komitənin Hüquq və kadrlar şöbəsi müdirinin müavini Mirhüseyn Hüseynov bildirib ki, tədbirin məqsədi keçmiş məcburi köçkünlərin hüquqi biliklərinin artırılması və işğaldan azad edilmiş ərazilərə könüllü və təhlükəsiz qayıdışla bağlı maarifləndirmənin təmin olunmasıdır.

Şirvan regional vəkil bürosunun rəhbəri Ruslan Mirzəyev qeyd edib ki, belə ödənişsiz hüquqi yardımlar şəhid ailələri və qazilər üçün də mütəmadi olaraq təşkil olunur.

Tədbir çərçivəsində 80-dən çox keçmiş məcburi köçkünə ödənişsiz hüquqi yardım göstərilib, onların sualları cavablandırılıb.

Bizimlə əlaqə saxlayın