Cənub sərhədlərində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr aparılıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkar edilməyib. Müayinələr mütəmadi olaraq davam etdirilir.
Həmçinin, ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarət məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Monitorinqi Mərkəzinin avtomatik stansiyaları fəaliyyət göstərir və bu stansiyalar vasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır.
Hazırda havada hər hansı bir çirklənmə müşahidə edilməyib.
Oxşar xəbərlər
Qrossi: Natanz nüvə obyektindən kənarda radiasiya səviyyəsi dəyişməyib
İRİA Astara rayonunda havanın radiasiya çirklənməsi səviyyəsini tədqiq edir
İsrailin Natanz nüvə obyektinə hücumundan sonra radiasiya sızması aşkar edilməyib
Radiasiya təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib
Tibb müəssisələrinin əməkdaşları radiasiya təhlükəsizliyi sahəsində maarifləndirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













