Səbinə Əliyeva: Azad Mirzəcanzadənin adına təsis olunan proqram gənclərə geniş imkanlar yaradıb
sizinxeber.az xəbər saytı

Səbinə Əliyeva: Azad Mirzəcanzadənin adına təsis olunan proqram gənclərə geniş imkanlar yaradıb


Azad Mirzəcanzadə İnkişaf Proqramının II dalğasının Oriyentasiya Günündə “Fərdi sosial məsuliyyət, ümumi rifah və etika” adlı təlim baş tutub.

“Sizinxeber.az” xəbər verir ki, təlimi Uğur Yolu, Etik Liderlik İnkişaf Mərkəzinin təsisçisi Vüqar Sadiq aparıb.

Vüqar Sadiq insanların fərdi sosial məsuliyyəti, bunun ümumi rifaha təsiri məsələsi barədə geniş mühazirə ilə çıxış edib.

Təlim zamanı proqramın ikinci dalğasında iştirak hüququ qazanan komandalar arasında mövzu ilə bağlı diskussiya baş tutub.

Oriyentasiya Günü çərçivəsində həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Xarici Tələbələr Mərkəzinin rəhbəri Səbinə Əliyeva “Azad Mirzəcanzadənin irsi: dəyərlər və elmdə qoyduğu izlər” adlı təqdimatla çıxış edib.

Mərkəz rəhbbəri Azad Mirzəcanzadə şəxsiyyətindən, onun insan kapitalına töhfələrindən geniş söz açıb.

Akademikin adına təsis olunan inkişaf proqramının 18-35 yaş arasındakı şəxslər üçün geniş imkanlar yaratdığı vurğulanıb.

Oxşar xəbərlər

Leyla Seyidzadə: Azad Mirzəcanzadə İnkişaf Proqramı sentyabrda növbəti layihəni həyata keçirəcək
LDU-da Azad Mirzəcanzadə İnkişaf Proqramı çərçivəsində müzakirə təşkil olunub
Leyla Seyidzadə: Azad Mirzəcanzadə İnkişaf Proqramı ölkədə yaradıcı-tənqidi düşüncəyə malik insanlara dəstək göstərir
Azad Mirzəcanzadə inkişaf proqramına müraciətin başa çatacağı vaxt açıqlanıb
Azad Mirzəcanzadə İnkişaf Proqramının universitet təqdimatlarına start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər