Sizinxeber.az – Azərbaycan Xəbərləri

Rusiyalı deputat: Əli Əsədov Azərbaycan Prezidentinə və xalqına sədaqətini sübut edib

Rusiyalı deputat: Əli Əsədov Azərbaycan Prezidentinə və xalqına sədaqətini sübut edib
6 dəfə Baxılıb
09 Oktyabr 2019 - 15:54

Rusiyalı deputat: Əli Əsədov Azərbaycan Prezidentinə və xalqına sədaqətini sübut edib
Əli Əsədov illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevə, xalqına sədaqətini sübuta yetirmiş bir peşəkardır. Heç şübhəsiz, İlham Əliyevə dahi atası, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yolunu davam etdirməyə iqtisadi müstəvidə kömək edəcək.
Bu barədə Report-a Rusiya Dövlət Duması Federal Məclisinin beynəlxalq işləri komitəsinin sədri Leonid Slutski bildirib.
“Biz Azərbaycanı qəlbimizdə daşıyan insanlar bu ölkə Prezidentinin komandası ilə sıx əlaqədə qalaraq işlərin bundan sonra da ardıcıl və səmərəli şəkildə davam edəcəyinə ümidvarıq.
Yeni Baş nazirə uğurlar, müvəffəqiyyətlər, Prezidentin tapşırdığı bütün ciddi vəzifələri səmərəli yerinə yetirməyi arzulayırıq. Həmçinin, Nazirlər Kabinetinin yeni komandasına müvəffəqiyyətlər diləyirik”, – deyə rusiyalı deputat qeyd edib. 

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]