ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna SƏRT REAKSİYA » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
mar
2026
13:15
0
0
7 670
ff aaaaaaa

ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna SƏRT REAKSİYA

08 mar, 2026
13:15
7 670

ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna SƏRT REAKSİYA

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi martın 5-də İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumunu pisləyib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə səfirliyin paylaşımda bildirilib:

"ABŞ İran rejiminin 5 mart tarixində Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi, Naxçıvan Beynəlxalq Hava Limanını və orta məktəbini hədəf alan səbəbsiz pilotsuz uçuş aparatı hücumunu qətiyyətlə pisləyir.

Bu hücum nəticəsində günahsız mülki şəxslər xəsarət almış, mühüm mülki infrastruktura ziyan dəymişdir. Bu zərbələr Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması olmaqla yanaşı, İranın təcavüzkar davranışının əsassız şəkildə eskalasiyasıdır. Amerika Birləşmiş Ştatları bu təhdidlər qarşısında Azərbaycanla tam həmrəylik nümayiş etdirir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə qarşı hücumlar qəbuledilməzdir və belə hallara ABŞ-nin həmin tərəfdaşlara qətiyyətli dəstəyi ilə cavab veriləcək".

ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna SƏRT REAKSİYA

Qeyd edək ki, martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumu olub. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul