Mais Bərxudarova yeni vəzifə verildi
sizinxeber.az xəbər saytı

Mais Bərxudarova yeni vəzifə verildi


Azərbaycan Ordusunun sabiq korpus komandiri general-leytenant Mais Bərxudarova yeni vəzifə verilib.

Sizinxəbər.az Xpress.az-a istinadən xəbər verir ki, M.Bərxudarov Azərbaycan Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasında müvafiq vəzifəyə təyin olunub.

Bununla bağlı müdafiə naziri Zakir Həsənov müvafiq əmr imzalayıb.

Xatırladaq ki, general-leytenant Mais Bərxudarov 2-ci ordu korpusunun komandiri olub. O, 2024-cü il oktyabrın 6-da sərəncama göndərilib.

M.Bərxudarov 1998-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə, 2012-ci ildə "Vətən uğrunda" medalı ilə, 2020-ci ildə Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Oxşar xəbərlər

Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür
Füzuli şəhərinin işğaldan azad edilməsindən 3 il ötür
Azad Qubadlının beşinci ili
Bu gün Cəbrayıl Şəhəri Günüdür, şəhərin işğaldan azad edilməsindən 4 il ötür
Suqovuşanın işğaldan azad edilməsindən 3 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle