Azad Qubadlının beşinci ili
Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür.
“Sizinxeber.Az” xəbər ki, Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
2020-ci il oktyabrın 25-də Prezident İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.
Qubadlının işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə bir şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir.
Oxşar xəbərlər
Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür
Anar Quliyev Qubadlı Şəhər Günü ilə bağlı paylaşım edib
Hərbi ekspert: İkinci Qarabağ Müharibəsində ən ağır döyüşlərdən biri də Yazı düzü istiqamətində olub
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 4 il ötür
Füzuli şəhərinin işğaldan azad edilməsindən 3 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











