Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
sizinxeber.az xəbər saytı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub


Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı Akorda Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Sizinxeber.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Akorda Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səslənib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Oxşar xəbərlər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi keçirilib
Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər