Zelenski: "Ukrayna Azərbaycandan da qaz almağı planlaşdırır"
sizinxeber.az xəbər saytı

Zelenski: "Ukrayna Azərbaycandan da qaz almağı planlaşdırır"


"Ukrayna müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan təxminən 2 milyard dollar dəyərində qaz alışını təmin etməyə hazırdır".

Oxu.Az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Əlavə qaz həcmlərini Yunanıstandan da ala bilərik. Digər ölkələrlə, o cümlədən də Azərbaycanla razılaşmalar var" , - deyə o vurğulayıb.

Zelenskinin sözlərinə görə, ən çətin vəziyyətdə Ukrayna 2 milyard dollar məbləğində qazı təmin etməyə hazır olmalıdır: "Norveç tranşın bir hissəsini - 100 milyon dollar həcmində qrant verəcək və yanvar ayında əlavə tranş ayıracaq".

Ukrayna lideri, həmçinin ABŞ-dən mayeləşdirilmiş təbii qaz təchizatı ilə bağlı razılaşmaların olduğunu bildirib.

Oxşar xəbərlər

Zelenski: Ukrayna 10 milyard avro dəyərində təxminən 200 sazişin imzalanmasına hazırdır
Zelenski: Ukrayna PURL mexanizmi vasitəsilə 1,5 milyard dollar cəlb edə bilib
Ukrayna İrlandiya ilə təhlükəsizliklə bağlı sazişə imza atıb
Ukrayna dron əleyhinə vasitələrin istehsalına başlayıb
Zelenski: “Ukrayna ABŞ-dan 350 milyard yox, 100 milyard dollar alıb”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər