Ərdoğanın qərarı azərbaycanlıların da Türkiyədə sərbəst fəaliyyətinə imkan yaradacaq - Fazil Mustafa » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
okt
2025
10:26

Ərdoğanın qərarı azərbaycanlıların da Türkiyədə sərbəst fəaliyyətinə imkan yaradacaq - Fazil Mustafa

16 okt, 2025
10:26
947

Ərdoğanın qərarı azərbaycanlıların da Türkiyədə sərbəst fəaliyyətinə imkan yaradacaq - Fazil Mustafa

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 oktyabr 2025-ci ildə türk əsilli xarici vətəndaşların hüquqi statusunu genişləndirən yeni qərar imzalayıb. Yeni qaydalara əsasən, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Qaqauz və Krım kimi türk soylu icmalardan olan şəxslər Türkiyədə əcnəbi kimi deyil, öz vətənlərindəki kimi yaşamaq və işləmək imkanına malik olacaqlar.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa bildirdi ki, imzalanan qərar yüksək qiymətləndirilməlidir, çünki bu, bütün türk cümhuriyyətlərindən olan vətəndaşların Türkiyədə daha sərbəst şəkildə iş tapması və fəaliyyət göstərməsinə imkan yaradacaq.

"Əslində, bu, müəyyən mənada motivasiya da yaradır. Türkiyə eyni zamanda, demoqrafik problemin həlli istiqamətində də bununla əhəmiyyətli bir addım atmış olur. Ona görə də bu məsələ əsasən türk soylu insanların Türkiyə Cümhuriyyətində iş və fəaliyyət imkanı qazanması deməkdir. Bu isə təqdirəlayiq bir addımdır. Mən hesab edirəm ki, bu, xeyli sayda azərbaycanlını da maraqlandıran bir məsələdir. Azərbaycanlılar üçün də bu qərar, orada işləmək, həm də peşə sahibi olub Türkiyədə rahatlıqla fəaliyyət göstərmək baxımından böyük imkanlar açır", - deyə millət vəkili yekunlaşdırdı.


Bizimlə əlaqə saxlayın