ATƏT sədri Minsk Qrupunun ləğv olunacağı tarixi açıqladı » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
okt
2025
13:55
0
0
3 171
ff aaaaaaa

ATƏT sədri Minsk Qrupunun ləğv olunacağı tarixi açıqladı

14 okt, 2025
13:55
3 171

ATƏT sədri Minsk Qrupunun ləğv olunacağı tarixi açıqladı

ATƏT-in Minsk Qrupunun ləğvi prosesi 2025-ci ilin dekabrına kimi kulminasiya nöqtəsinə çatacaq.

Oxu.Az-ın News.ru-ya istinadən xəbərinə görə, bu barədə ATƏT-in hazırkı sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında çıxışı zamanı məlumat verib.

Elina Valtonen Azərbaycan və Ermənistanın iki ölkə arasında fikir ayrılıqlarının nizamlanması ilə məşğul olan bu mexanizmin ləğvinə dair birgə qərarını alqışlayıb.

O, həmçinin Ermənistan və Azərbaycanın qrupun fəaliyyətinə xitam verilməsi ilə bağlı birgə müraciətini bəyəndiyini də ifadə edib və prosesin müəyyən olunmuş müddət ərzində tam başa çatdırılacağına ümid etdiyini bildirib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul