Azərbaycanın çoxvektorlu siyasəti: sabitlik və etimadın ünvanı » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
okt
2025
07:29
0
0
1 608

Azərbaycanın çoxvektorlu siyasəti: sabitlik və etimadın ünvanı

14 okt, 2025
07:29
1 608

Azərbaycanın çoxvektorlu siyasəti: sabitlik və etimadın ünvanı

Azərbaycanın həyata keçirdiyi çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun əsas dayağına çevrilib. Prezident İlham Əliyevin son aylarda iştirak etdiyi beynəlxalq və regional tədbirlər bu siyasətin davamlı uğurlarını bir daha təsdiqləyir. Hər platformada Azərbaycan həm öz milli maraqlarını müdafiə edir, həm də regionda sülh, sabitlik və inkişafı təşviq edən təşəbbüslərlə çıxış edir.

Bu siyasətin əsas məğzi ondan ibarətdir ki, Azərbaycan heç bir blok qarşıdurmasına qoşulmadan, müxtəlif coğrafi və siyasi məkanlarda yerləşən ölkə və təşkilatlarla eyni anda etimada əsaslanan əməkdaşlıq münasibətləri qurmağı bacarır. Məhz bu diplomatik çeviklik və strateji uzaqgörənlik Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycanın xarici siyasətinin fərqləndirici xüsusiyyətinə çevrilib.

Bu gün Azərbaycan həm Avropa İttifaqı, həm Türk Dövlətləri Təşkilatı, həm də MDB kimi qurumlarla bərabərhüquqlu tərəfdaşlıq əlaqələri saxlayır. Hər bir platformada ölkəmiz öz milli maraqlarını qorumamaqla yanaşı, bölgədə dialoq, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına töhfə verir. Bu, Azərbaycanın həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.

Azərbaycanın beynəlxalq arenada mövqeyinin güclənməsində iqtisadi diplomatiyanın rolu da böyükdür. Enerji, nəqliyyat və logistika sahəsində həyata keçirilən nəhəng layihələr – Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu, Zəngəzur dəhlizi və digər regional təşəbbüslər ölkəmizi Cənubi Qafqaz və Mərkəzi Asiya arasında mühüm iqtisadi körpüyə çevirib. Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi baxımdan Azərbaycanın nüfuzunu artırır.

Bu istiqamətdə oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası xüsusi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin iclasda çıxışı Azərbaycanın dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan siyasətinin bariz nümunəsi oldu. Dövlət başçısı çıxışında Azərbaycan-Tacikistan münasibətlərinin dinamik inkişafını, MDB məkanında humanitar və mədəni əlaqələrin genişlənməsini vurğuladı.

Prezident İlham Əliyev Laçın şəhərinin 2024-cü ildə MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsini yüksək qiymətləndirərək, bu qərarın birliyin humanitar həyatında önəmli hadisə olduğunu bildirdi. Bununla yanaşı, Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının Gəncə, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirilməsi də MDB məkanında dostluq və həmrəyliyin möhkəmlənməsinə xidmət etdi. 13 ölkədən 1600-dən çox idmançının qatıldığı bu oyunlar Azərbaycanın idman infrastrukturunun gücünü, təşkilati potensialını və beynəlxalq etimadını nümayiş etdirdi.

Prezidentin Düşənbədəki çıxışı bir daha sübut etdi ki, Azərbaycan MDB çərçivəsində birliyi, qarşılıqlı etimadı və sülhü gücləndirən təşəbbüslərin fəal iştirakçısıdır. Gəncədə keçirilən MDB Oyunları və Laçının mədəniyyət paytaxtı elan olunması bu siyasətin real nəticələridir.

Azərbaycan diplomatiyası bu gün regionda balanslı siyasət yürüdərək, həm iqtisadi, həm mədəni, həm də siyasi sabitliyin təminatçısına çevrilib. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə ölkəmiz təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında əməkdaşlıq və qarşılıqlı etimadın mərkəzinə çevrilir.

Bu məqalə “Sözüm var” layihəsi çərçivəsində İzzət Qurbanov imzası ilə hazırlanmışdır.

Bizimlə əlaqə saxlayın