Prezident: "MDB Oyunları kimi tədbirlər dostluğu və əməkdaşlığı möhkəmləndirir"
sizinxeber.az xəbər saytı

Prezident: "MDB Oyunları kimi tədbirlər dostluğu və əməkdaşlığı möhkəmləndirir"


"MDB Oyunları kimi tədbirlər həm Birlik daxilində, həm də ondan kənarda dostluq və əməkdaşlığı möhkəmləndirir".

Sizinxəbər.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı deyib.

Bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçirilən III MDB Oyunlarının qədim Gəncə şəhərində, həmçinin Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirildiyini vurğulayan dövlət başçısı bildirib ki, belə tədbirlər MDB çərçivəsində və onun hüdudlarından kənarda dostluğu və əməkdaşlığı gücləndirir, qarşılıqlı maraqlara və hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsinə töhfə verir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: Belarusun təcrübəsi III MDB Oyunlarının keçirilməsində bizim üçün çox faydalı olacaq
Prezident İlham Əliyev: "Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı ildən-ilə gücləndirirlər"
Azərbaycan dostluq ənənələrinə sadiqdir
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları bəlli olub
Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər