Türk qardaşlığının Qəbələ zəfəri
sizinxeber.az xəbər saytı

Türk qardaşlığının Qəbələ zəfəri


Bu həftə Azərbaycanın müasir tarixində daha bir uğurlu hadisə baş verib. Türk Dövlətləri Təşkilatının XII Zirvə toplantısı keçmişin gələcəklə, qədim ənənələrin müasir nailiyyətlərlə qovuşduğu əzəmətli Qəbələ şəhərində keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yeni yayımlanmış süjetdə deyilir.

Bildirilir ki, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş Qafqaz Albaniyasının tarixi paytaxtı olan Qəbələ ortaq tarix, mədəni və mənəvi dəyərlərə malik xalqların simvolik görüş yerinə çevrilib.

Bu sammit Azərbaycanın ev sahibi dövlət kimi təkcə diplomatik istedadını deyil, həm də Türk Dövlətləri Təşkilatının özünün beynəlxalq aləmdə artan nüfuzunu təsdiqləyib.

Həqiqətən də, nisbətən yaxın zamanlarda təsis edilsə də, bu təşkilat qısa müddətdə sadəcə əməkdaşlıq platforması deyil, böyük geosiyasi mərkəzə çevrilib. TDT artıq qlobal siyasətə təsir göstərmək, regionda və onun hüdudlarından kənarda sülh və sabitliyi təmin etmək iqtidarında olan gücə çevrilmiş strateji əhəmiyyətli bir qurumdur.

Daha ətraflı "Caliber"in yeni süjetində:

Oxşar xəbərlər

Səfir: TDT təkcə regional bir təşkilat deyil, strateji bir mövqenin, ortaq gələcəyin mərkəzidir
Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşünün tarixi müəyyənləşib - EKSKLÜZİV
İlham Əliyev: “Bu gün TDT beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”
Rəcəb Tayyib Ərdoğan Qəbələyə səfər edəcək
Türk Dövlətləri Təşkilatının yeni bayrağı qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər