Prezident: "Enerji siyasətimiz beynəlxalq iqtisadi mövqeyimizin güclənməsində mühüm rol oynayır"
sizinxeber.az xəbər saytı

Prezident: "Enerji siyasətimiz beynəlxalq iqtisadi mövqeyimizin güclənməsində mühüm rol oynayır"


"Enerji siyasətimiz Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynayır".

Sizinxəbər.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır:

"Təbii qazla yanaşı, Günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də "ağıllı infrastruktur" konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bu günün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur".

Oxşar xəbərlər

Prezident: "Strateji yanaşmalar enerji sektorunda Azərbaycanın inkişafına yeni imkanlar yaradır"
İlham Əliyev: Azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı dayanıqlı enerji strategiyasının əsas istiqamətidir
Azərbaycan türk dövlətləri arasında birgə layihələrin əsas təşəbbüskarıdır ŞƏRH
Prezident: “Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk”
Xidmət rəisi: "Son zamanlar gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər