Şuşada beynəlxalq tədbirlərin keçirilməsi suverenliyimizin və ərazi bütövlüyümüzün nümayişidir - RƏY
- 18-09-2025, 10:31
- Siyasət
- 0
- 2 079
Şuşa artıq yalnız mədəniyyət paytaxtı yox, həm də dövlətçilik məkanıdır.
Bunu "Report"a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.
Ekpsertin sözlərinə görə, müasir dövrdə Şuşanın mədəni paytaxt olması məsələsi mübahisə olunmazdır: "Lakin bir siyasi mərkəzə çevrilməsi, Azərbaycan qalibiyyətinin simvoluna çevrilməsinin, bir az da diplomatik meydana, siyasətə coğrafi olaraq daşınmasını görüntüsüdür".
Şərhçi imperiyalar dövründə müəyyən şəhərlərin dövlətin gücünü və mədəni kimliyini təmsil etdiyini xatırladıb: "Bu gün də Şuşa həmin rolu Azərbaycan üçün oynayır. Şuşa Azərbaycanın Londonudur. Çünki burada artıq dövlətin atributları formalaşır, dövlətin ideoloji dayaqları möhkəmlənir. Şuşanın məşhur Cıdır düzü, təbiətin qoyduğu abidələr, siyasi leksikonda tez-tez səslənməsi, həm mədəniyyət, həm də siyasət meydanı kimi ön plana çıxması bu reallığı təsdiqləyir. Bundan sonra Şuşa həm simvolik, həm də praktiki olaraq Azərbaycanın mədəni-siyasi paytaxtı rolunu daşıyacaq".
Ekspertin fikrincə, görüşlərin Şuşada keçirilməsi həm də Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün nümayişidir: "Protokolun Bakıdan Şuşaya köçürülməsi, əslində, Qarabağın Azərbaycanın siyasi-mədəni məkanına qayıdışının simvoludur. Şuşa artıq yalnız mədəniyyət paytaxtı yox, həm də dövlətçilik məkanıdır. Burada keçirilən tədbirlər və dövlət ritualları Azərbaycanın qalibiyyətini, suverenliyini və yumşaq gücünü dünyaya göstərir. Şuşa həm də Azərbaycan idarəçiliyinin və təhlükəsizliyinin ölkənin hər yerində bərqərar olmasının göstəricisidir."


width="220" alt="ICESCO-nun Baş direktoru: Şuşa mədəni ləyaqətin rəmzi, İslam yaradıcılığının mayakıdır" />
width="220" alt="Aydın Kərimov: “Azad edilmiş ərazilərdə bugünədək 16 abidə bərpa olunub”" />
width="220" alt="Prezident: “Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir”" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />