Tarixdə NADİR ŞƏXSLƏRƏ təqdim olunan rəmzi açar: Trampın İlham Əliyevə mesajı nədir?
ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevə Ağ Evin rəmzi açarını təqdim etməsi diplomatiya tarixində xüsusi məna daşıyan nadir hadisələrdən biridir.
Oxu.Az xəbər verir ki, Ağ Evin rəmzi açarı yüksək etimadın və dostluğun ifadəsi hesab olunur.
Tarixdə bu açar çox az şəxsə verilib. Məsələn, Donald Tramp bu simvolik hədiyyəni daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahuya və "SpaceX" şirkətinin rəhbəri İlon Maska təqdim edib.
Rəsmi Vaşinqton bu jesti tərəflər arasında strateji tərəfdaşlıq münasibətlərinin və şəxsi hörmətin ifadəsi kimi qiymətləndirir. Azərbaycan Prezidentinə təqdim olunan açar da ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin rəmzi hesab olunur. Sadə dillə desək, bu açar, əslində, qapı açmır, ürəkləri və münasibətləri açan bir simvoldur.
Xatırladaq ki, Ağ Evin rəmzi açarı İlham Əliyevə Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu imzalandıqdan sonra Donald Tramp tərəfindən təqdim edilib. ABŞ lideri təqdimetmə zamanı: "Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm", - deyə bildirib.
Oxşar xəbərlər
Donald Tramp Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edib
Dövlət başçısı: "Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım böyük rəmzi məna daşıyır"
Azərbaycan Prezidenti: Ədalətsiz 907-ci düzəlişin mənim iştirakımla ləğv edilməsi rəmzi xarakter daşıyır
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb - YENİLƏNİB-2
Tramp Maskdan qızıl açarı Ağ Evə qaytarmağı tələb etməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Bayramda işlədiklərinə görə kimlərə əlavə maaş ödənilir? - Hüquq müdafiəçisindən açıqlama
-
Emin Ağalarov Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım edib
-
"YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı
-
“Sehrli Yeni İl” nağıl tamaşası səhnədə!












