Ərdoğan: "Azərbaycana böhtan atanlar siz deyildinizmi?"
"Bugün Türkiyənin Fələstin məsələsinə sarsılmaz dəstəyini şübhə altına almağa çalışanlar, vaxtilə Azərbaycana böhtan atanlardır".
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Gənclər Fondunun İstanbulda keçirilən tədbirində çıxış edərkən səsləndirib.
"Bəziləri bizim Fələstin məsələsinə sarsılmaz dəstəyimizi şübhə altına almağa çalışır. Dünən öz torpağını müdafiə edən Qəzza camaatını terrorçu adlandıran siz deyildinizmi? 14 il Suriyada harada idiniz? Bir milyon insan qətlə yetirilərkən, suriyalı bacı-qardaşlarımıza zülm və işgəncə verilərkən siz harada idiniz? Qarabağ ölkəmizin dəstəyi ilə azad olmaq üçün mübarizə apararkən işğalçıların arqumentləri ilə Azərbaycana böhtan atanlar siz deyildinizmi? İnciməyin, amma heç kimi aldada bilməzsiniz", - deyə R.T.Ərdoğan bəyan edib.
Oxşar xəbərlər
Ərdoğan: Fələstin dövləti mütləq qurulacaq
Ərdoğan: Suriyanın azadlığına qarşı istənilən addımı atanlar önlərində Suriya xalqı ilə bərabər Türkiyəni də görəcək
Ərdoğan Azərbaycana səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
