Türkiyə-Azərbaycan qardaşlığının simvolu
Bəzən tarixdə elə münasibətlər olur ki, onun adına “ittifaq”, “dostluq”, “tərəfdaşlıq” demək azdır. O münasibət qanla, dərdlə, təbəssümlə, sevgi ilə yoğrulubsa, artıq onun adı qardaşlıqdır. Məhz bu cür qardaşlıq Azərbaycan ilə Türkiyə arasında əsrlər boyu qurulmuş, sınanmış və bu gün daha da möhkəmlənmiş bir münasibətdir. Bu münasibətin özü artıq bir simvoldur.
Türkiyə–Azərbaycan qardaşlığı təkcə siyasi bəyanatlarda, bayraq dalğalanmalarında, liderlərin görüşündə yox – xalqın qan yaddaşında, ürək münasibətində yaşayır. Bu iki xalq eyni dilin iki ləhcəsi ilə danışır, eyni tarixə fərqli yollarla baxır, eyni dərdi fərqli illərdə çəkib, eyni mövqedə birləşir.
Bu münasibətin ilk böyük sınağı hələ 1918-ci ildə yaşanmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Gəncə təhlükə altındaydı. Qafqaz İslam Ordusu – başda Nuru Paşa olmaqla – Türkiyədən köməyə gəldi. Türk əsgəri Azərbaycan torpağında can verdi. Hər şey yeni yaranan bir türk dövlətinin yaşaması, ayaqda qalması üçün idi. Bu, təkcə hərbi yardımı deyildi – qardaşlığın silahla yazılmış ilk səhifəsi idi.
2020-ci ildə isə bu qardaşlıq yenidən dünyaya göstərildi. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı tək deyildi. Türkiyənin mənəvi dəstəyi, siyasi iradəsi, vətəndaşlarının duaları, mediasının fəallığı – hamısı bizi həm ruhən, həm də diplomatik cəbhədə gücləndirdi. O günlərdə bir cümlə dillərdə idi:
“Azərbaycan tək deyil!”
Bəli, Azərbaycan tək deyildi. Türk dünyasının nəbzi Qarabağda döyünürdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibə boyunca “Azərbaycan nə istəyirsə, o olacaq” dedi. Bu söz sadəcə siyasət deyildi – bu, tarixi məsuliyyət və qardaşlıq borcunun bəyanı idi.
Və sonra... Zəfər paradı. Bakıda keçirilən Zəfər paradında iki ölkənin liderləri bir-birinə baxaraq danışdılar. Eyni meydanda Azərbaycan əsgəri ilə türk əsgəri yan-yana dayandı. Bu, tarix kitablarına düşəcək bir hadisə idi – çünki simvol budur: sözlə deyil, addımla göstərilən birlik.
Bəs bu qardaşlığın simvolları nədir?
Şuşada açılan Türkiyə konsulluğu;
Kahramanmaraşda tikilən “Azərbaycan” məhəlləsi;
Azərbaycan Ordusunun türk modeli ilə modernləşdirilməsi;
Birgə hərbi təlimlər, təhsil proqramları, enerji layihələri;
Bayraktar PUA-ları və TEKNOFEST tədbirləri;
Əsgər marşlarımızda eyni ritm, eyni səs, eyni and.
Ən böyüyü isə: xalqın bir-birinə sevgisi.
Türkiyədən gələn turist Azərbaycanda “evdə” kimidir.
Azərbaycanlı tələbə İstanbulda özünü tənha hiss etmir.
Evlərdə iki bayraq yanaşı asılır. Uşaqlar “iki dövlət, bir millət” ifadəsini əzbər bilir.
Bu dərəcədə möhkəm, səmimi, dərin və davamlı qardaşlıq nadir hallarda olur. Çünki bu münasibətin təməlində maraq yox, inanc və sevgi dayanır.
Amma bu qardaşlıq sadəcə nostalji ilə yaşaya bilməz.
O, gələcəyə yönəlməlidir.
Biz bu bağları qorumaqla kifayətlənməməliyik, onu daha da böyütməliyik.
– Təhsil mübadilələri artırılmalı;
– Ortaq tarix dərslikləri yazılmalı;
– Türk dünyasının ortaq televiziya kanalları qurulmalı;
– Gənclər bir-birini tanımalı, birgə layihələrə imza atmalıdır.
Çünki siyasətçilər gəlir-gedir. Amma xalqın yaddaşı, birliyi, ortaq yaddaşı əbədi qalır.
Sözüm var:
Türkiyə–Azərbaycan qardaşlığı sadəcə bir cümlə yox, bir həyat tərzidir.
O, simvollaşmış bir sevgidir.
Bayraq, ordular, şəhər adları, küçələr bu qardaşlığın rəmzləridir, amma əsas olan – ürəklərdəki imzadır.
Qoy dünyada hər dövlətin belə bir qardaşı olsun.
Qoy bizim qardaşlığımız nümunə, təhlükəsizlik, ruh gücü olsun.
Və unutmayaq:
Biz eyni atanın övladlarıyıq.
Eyni millətin iki qolu, iki nəfəsi, iki qüruru...
Bir millət, iki dövlət – bu, tarix deyil. Bu, taledir.
(İzzət Qurbanov – “Sözüm var” layihəsi üçün)
Oxşar xəbərlər
Ankaranın BMT-dəki daimi nümayəndəsi: Azərbaycan Türkiyədə böyük sərmayələr qoyur
Azərbaycan” məhəlləsinin açılışı ikitərəfli münasibətləri simvolizə edən mühüm addımdır
Türkiyə-Azərbaycan birliyi Türk dünyasının təməl daşıdır - RƏY
Türkiyə milli müdafiə nazirinin müavini: Azərbaycanla hərbi müttəffiqlik güclənərək davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
