Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Polad Həşimovla bağlı film təqdim olunacaq

Polad Həşimovla bağlı film təqdim olunacaq
Polad Həşimovla bağlı film təqdim olunacaq

Polad Həşimovla bağlı film təqdim olunacaq
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla bağlı film çəkilib.
Oxu.Az-ın məlumata görə, “Poladın izi ilə” adlı ekran əsəri “Salnaməfilm” studiyasında istehsal olunub.
2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimov haqqında çəkilmiş filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.
“Poladın izi ilə” sənədli filminin təqdimat mərasimi 4 may 2022-ci il tarixində, saat 19-00-da Nizami Kino Mərkəzində olacaq. Mərasimdə Şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, dostları iştirak edəcəklər.
“Salnaməfilm” studiyasının istehsalı olan digər film isə Fransa Müqavimət Hərəkatının üzvü olan həmyerlimiz Əhmədiyyə Cəbrayılova həsr olunub. “O, Xarqo idi” adlı sənədli filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, ideya müəllifi Şahin Sinaria, görüntü rejissoru Rafiq Əliyev, prodüseri Nazim Hüseynovdur.
Filmdə qəhrəmanın obrazını İqbal Əliyev canlandırıb.
Zəngin arxiv materiallarından istifadə olunmuş filmin çəkilişləri Bakı, Şəki, Xaçmaz, Paris və Montobanda aparılıb.
“O, Xarqo idi” filminin nümayişi 6 may 2022-ci il tarixində saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Polad Həşimovla bağlı film təqdim olunacaq

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!