Sizin Reklamınız Burada ola bilər!
Pensiyaların hesablanmasında dəyişikliklər olacaq
Pensiyaların hesablanmasında dəyişikliklər olacaq

Pensiyaların hesablanmasında dəyişikliklər olacaq

Pensiyaların hesablanmasında dəyişikliklər olacaq
“Əmək pensiyaları haqqında” Qanuna təklif edilən son dəyişikliyə əsasən, işləyən vətəndaşların pensiyalarının hesablanması qaydasında da dəyişikliklər olacaq. Belə ki, təklif olunan yeni redaktəyə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, yenidən hesablandıqdan sonrakı dövr üzrə​ qazanılan sığorta və yığım​ ​hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir”.
Bakupost.az-ın məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə əsasən, pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu,​ yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra altı il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında​ gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin​ 72 aydan çox olmamaqla azaldılır:
“Bu dəyişikliklərin mahiyyətini sadə dildə izah etsək, işləyən pensiyaçıların yığımı avtomatik olaraq altı ildən sonra hesabalanaraq pensiya məbləğinə əlavə olunacaq.​ Bununla da, pensiyanın yenidən hesablanması onların müraciəti olmadan aparılacaq və pensiya məbləği artırılacaq. Pensiya ödəniş müddəti isə 12 il deyil, işlədiyi ayların sayı qədər, amma ən çox altı il azaldılacaq”.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Pensiyaların hesablanmasında dəyişikliklər olacaq

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica