Sizin Reklamınız Burada ola bilər!
featured

Pelosidən dərhal sonra Blikenin Əliyevə zəngi…

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri və İrəvanda Azərbaycan əleyhinə verdiyi açıqlamalar Vaşinqtonun Cənubi Qafqazdakı maraqlarına ziddir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Nensi Pelosinin İrəvana səfərini şərh edərkən qeyd edib.

“ABŞ-da erməni lobbisi və onlara bağlı bir qrup konqresmen ölkəmizi hədəf seçsə də, Amerikanın təhlükəsizlik maraqları Azərbaycanla hərtərəfli əməkdaşlığı diktə edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində kiçik də olsa, pay sahibi olması Amerikanın maraqlarına uyğundur. Digər tərəfdən Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynaması da Vaşinqtonun diqqət mərkəzindədir.

Buna baxmayaraq, Nensi Pelosi kimilərinin antiazərbaycan fəaliyyəti ölkəmizdə Amerikaya qarşı haqlı narazılıq yaradır. Bunu Amerikanın rəsmi qurumlarında anlamamış deyillər. Pelosinin İrəvanda antiazərbaycan açıqlamalarından sonra Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng etdi. Bu zəngin əsas məqsədi Pelosinin İrəvandakı açıqlamalarını yumşaltmaq məqsədi daşıyırdı, sanki Vaşinqton Bakıya belə mesaj vermək istəyib ki, Amerikada hamı Pelosi kimi düşünmür. İndi də Blinken Nyu Yorkda BMT Baş Assableyasının 77-ci sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edəcək. Bu görüşdən nəticə çıxmayacaq, sadəcə Blinken Cənubi Qafqazda mümkün toqquşma ehtimalını ortadan qaldırmağa və Rusiyaya “bölgədə biz də varıq” mesajını göndərməyə çalışacaq”, – politoloq bildirib.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Pelosidən dərhal sonra Blikenin Əliyevə zəngi…

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica