Payız depressiyasından xilas olun
Payız depressiyasından xilas olun

Payız depressiyasından xilas olun

İsti yay günlərinin soyuq hava ilə əvəz olunduğu bu dönəmdə əksər insanlarda halsızlıq, yorğunluq müşahidə edilir.

Axşam.az-ın məlumatına görə, psixoloji olaraq hər kəsə mənfi təsir edən yağışlı havalarla yanaşı, şəxsi həyatınızda və işdə yaşadığınız problemlər də depressiyaya düşməyinizi sürətləndirir.

İçində olduğunuz bu vəziyyətdən özünüzü xilas etmək üçün mütəxəssislər bir neçə şərtə əməl etməyi vacib sayırlar.

1. İlk olaraq həyata baxış bucağınızı dəyişməlisiniz və özünüzün həkimi olmalısınız. Davamlı olaraq mənfiliklər üzərində qurduğunuz bir həyat müəyyən müddət sonra sizi depressiyaya sürükləyəcək. Payız depressiyasından qurtulmağın ən təsirli yolu da elə müsbət düşünməyə köklənməkdir. Təbiətin bir parçası olduğunu fikirləşmək və mövsüm dəyişiklikliyinə daha normal yanaşmaq depressiyadan xilas olmağınıza kömək edəcək.

2. Payız depressiyasından qurtulmağın ikinci vacib yolu qidalanmağınıza diqqət yetirməkdir. Meyvə və tərəvəzlərdən bol-bol istifadə etməklə orqanizminizi həm minerallarla, həm də vitaminlərlə zənginləşdirə bilərsiniz.

3. Nizamlı şəkildə idmanla məşğul olmaq da depressiyanın qarşısını alır. Belə ki, məşq qandakı zərərli maddələrin xaric olunmasına və özünüzü daha gümrah hiss etməyinizə şərait yaradar. Əgər ciddi rejimlə çalışırsınızsa və məşqə zaman tapmırsınızsa, avtobusla gedəcəyiniz yolu piyada gedərək buna nail ola bilərsiniz.

4. Suyun bədənimizə və psixologiyamıza müsbət təsirləri artıq sübut olunub. Bu səbəbdən payız fəslində hər gün mütləq şəkildə çimməyiniz məsləhətdir.

5. Yeni mühitdə olmağa çalışın, köhnə dostlarınızdan bir müddət uzaqlaşıb fərqli insanlarla ünsiyyət qurun. Bundan əlavə pessimst ruhlu insanlardan uzaq durun.

Sizinxeber.Az

Payız depressiyasından xilas olun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!