“Çox çətindir, Tünzalə üçün göz yaşı tökən hər kəsə təşəkkür edirəm. O, həqiqətən böyük aktrisa idi. İstəyir illər, əsrlər keçsin yenə də bu cür qalacaq”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyevanın vida mərasimində iştirak edən Əməkdar artist Dilarə Əliyeva deyib.
“Tünzalə heç kimin yadından çıxmayacaq. Gözüm dalıyca qaldı, ondan doymadım. Görüləcək işlərimiz çox idi. Beynimizdə çox fikirlər var idi. Onun mübariz olduğuna, dizini yerə qoymayacağına inanırdım. Elə bilirdim Tünzalə gələcək. Hər dəfə ona yazanda elə bilirdim mənə deyəcək ki, yaxşılaşacağam. O, xəzinə idi. Videolarına baxıram, kövrəlirəm. O, teart, kino, səhnə üçün böyük aktrisa idi. Onunla hələ nə qədər böyük səhnələr etmək olardı, çox heyf. Nə o doydu, nə də biz ondan doyduq. Bir aktrisa adına deyiləcək dünyada yaxşı nə varsa, hamısı Tünzalə üçündür” deyə, o, fikirlərinə əlavə edib.