Sizin Reklamınız Burada ola bilər!
featured

Onlar Rəşad Dağlıya belə dəstək oldular – Fotolar

Xəbər verdiyimiz kimi, Rəşad Dağlı qonşusunu bıçaqlayaraq qətl hadisəsi törədib.

Axşam.az xəbər verir ki, sənət dostları onunla bağlı paylaşım edib.

Meyxanaçı Ağamirzə “Hələ də şokdayam. Allah köməyimiz olsun” sözlərini yazıb.

Müğənni Üzeyir Mehdizadə “Çox təəssüf edirəm. Rəşad, Allah köməyin olsun, inşallah” sözləri ilə meyxanaçıya dəstək olub.

Müğənni Manaf Ağayev paylaşımına “Allah köməyin olsun qardaş. Sən dəyərli sənətkar, hörmətli oğlansan. Allah tezliklə qapını açsın, inşallah” sözlərini yazıb.

“Allah şeytana lənət eləsin. Allah tezliklə qapını açsın” deyə, Əməkdar artist Anar Heybətov paylaşımında qeyd edib.

Meyxanaçı Orxan Lökbatanlı birlikdə olan şəkillərinə “Allah sənə yar olsun, qardaş” qısa şərhini yazıb.

Meyxanaçı Balaəli Maştağalı isə Rəşad Dağlı ilə bağlı paylaşımında bunları vurğulayıb:

“Qardaşım, Allah sənin köməyin olsun. Allah sənə azadlığı nəsib etsin. Əzab çəkə-çəkə bunu paylaşdım, bilmirəm necə edim, hara gedim, neyləyim. Dolaşıb qalmışam… Əlimizdən nə gəlir, nə lazımdır, gücümüz çatana qədər yox, çatmayana qədər yanındayıq. Biz səninləyik. Səbirli olaq, dua edək. Bizim dövlətimiz, millətimiz sənətkara dəyər verəndi, dayaq olandır”.

Aparıcı Tarix Əliyev “Rəhmətlik atam Rəşadin pərəstişkari idi. Efirdə ad gününü qeyd edəndə zəng vurmuşdu, bu gün yadıma düşdü. Allah tez bir zamanda qapını açsın, balanın xeyir işində qol qaldırıb oynayasan. Meyxananın şahısan, bunu hamı bilir” sözləri ilə meyxanaçıya dəstək olub.

Müğənni Xatun Əliyeva Rəşadın meyxanasını yayımlayaraq “Bu həyatda qorxduğun şey başına gəlirmiş” sözlərini qeyd edib.

Qeyd edək ki, meyxanaçı qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib. Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində gecə saatlarında qeydə alınıb. Hadisəni törətdikdən sonra Rəşad Dağlı Yasamal rayonu Polis İdarəsinə gələrək təslim olub və qətli törətməsini etiraf edib. Mübahisəyə səbəb İsgəndər Mehtiyevin meyxanaçıya zəng edərək söyüş söyməsi olub.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Onlar Rəşad Dağlıya belə dəstək oldular – Fotolar

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica