Sizin Reklamınız Burada ola bilər!
featured

Onlar nə zaman yola salınır?

Azərbaycanda vətəndaş nifrəti qazanan yüksək vəzifəli şəxslərdən daha biri- Gömrük Komitəsinin sədri Səfər Mehdiyev işindən azad edilib.

Gununsesi.info-nun xəbərinə görə, Səfər Mehdiyevin “vurulması” sosial şəbəkə istifadəçiləri arasında böyük məmnunluqla qarşılanıb.

Hətta bir az da irəli gedən vətəndaşlar sabiq baş gömrükçünün həbsini tələb edir.

Səfər Mehdiyev o şəxsdir ki, postunu qorumaq üçün Gömrük Komitəsinin yığımı üçün nəzərdə tutulan planı artıqlaması ilə verirdi.

Media qarşısına çıxan Mehdiyev sonuncu dəfə büdcə ödəməsini “126 faizlə yerinə yetirmişik” demişdi.

Təbii ki, bu artıq faiz sadə azərbaycanlının soyğunçuluğu hesabına başa gəlib.

Hansısa xarici ölkədən özü üçün bir  qiymətli əşya gətirən vətəndaş hava limanında açıq soyğuna məruz qalırdı.

Gununsesi.info başda olmaqla, bir sıra KİV-lər Gömrük Komitəsinin qanunsuzluqları barədə silsilə yazılar dərc etsə də komitə rəhbərliyi bunu görməzdən gəlirdi.

Səfər Mehdiyev kimi vətəndaşı hökumətdən narazı salan yüksək vəzifəli şəxslər hələ də iş başındadır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi, yaxud da Azərbaycan Hava Yolları Dövlət Konserninin (AZAL) prezidenti Cahangir Əsgərovu götürək.

Hər iki şəxs Azərbaycanda vətəndaş nifrəti qazanan ilk beş məmurdan biridir.

Məhz bu səbəbdəndir ki, sadə azərbaycanlılar Sahil Babayevlə Cahangir Əsgərovun işdən çıxarılması üçün az qala nəzir deyirlər.

Hər iki şəxs rəhbərlik etdiyi sahədə korrupsiya, rüşvətxorluq və digər neqativ əməlləri ilə məşhurlaşıb.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Onlar nə zaman yola salınır?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica