featured

Ölü sahibindən “Ölüm kağızı”ı üçün 150 manat niyə tələb edilir? – Problemin KÖKÜ

Bəzi hallarda vətəndaşlar ailə üzvləri və yaxınlarının vəfatından sonra onların ölüm haqqında tibbi şəhadətnaməsini almaqda ciddi problemlərlə qarşılaşırlar. Bu barədə səsini sosial şəbəkə platformalarından eşitdirməyə çalışan insanlara da tez-tez rast gəlirik.

Bu yaxınlarda tanınmış iqtisadçı Samir Əliyev də atasının “ölüm kağızı”nı ala bilmədiyi barədə “Facebook” hesabından paylaşım edib:

“Atam TƏBİB sistemində olan ixtisaslaşmış Kardiologiya , “Respublikanskiy” xəstəxanalarında müalicə olunub və orada qeydiyyatda olub. Buna baxmayaraq, “ölüm kağızı”nı almaq istədiyimizdə bizə bildirdilər ki, məhkəməyə müraciət etməliyik”.

Müzakirələrə qatılanlar isə məsələnin məhkəmə yolu ilə həll olunmasını süründürməçilik hesab ediblər.

Jurnalist Elman Cəfərli bu məsələnin ciddi problemə çevrildiyini deyərək, ötən ilin aprel ayında vəfat edən yaxınları üçün “ölüm kağızı”nı 150 manat ödədikdən sonra, dəfn üçün verilən müavinəti isə 6 ay sonra ala bildiklərindən danışıb:

““İndi 390 manat müavinətin 150 manatını ölü sahibi məhkəməyə xərcləyir. Ondansa ya bu müavinət verilməsin, ya da 150 manat öncədən çıxılsın. Ölü sahibi niyə qapılara düşməlidir axı?””
Mövzu ilə bağlı Bizim.Media-nın həmsöhbəti Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli olub. Yaşanan problemlərə münasibət bildirən deputat deyib ki, ölüm halı baş verdikdən sonra tibb işçisi bunu təsdiq etməlidir, əks halda belə problemlər yaşanması normaldır:

“Bu cür problem daha çox ölüm anını təsdiq edən tibb işçisi olmadığı zaman baş verir. Bu barədə ərazi üzrə tibb müəssisələri və s. əhalini maarifləndirməlidir.

Xroniki xəstələr evdə və ya xəstəxanada vəfat ediblərsə, “ölüm kağızı”nın verilməsi ilə bağlı problem olmamalıdır. Xəstəxanada ölüm halı baş verdiyi təqdirdə ölüm haqqında tibbi şəhadətnamə həmin günü və ya səhərisi gün verilməlidir. Əgər verilməzsə, bu zaman həmin müəssisə məsuliyyət daşıyır”.

Yaşadığı ərazi üzrə poliklinikada qeydiyyata düşməyən və ya qeydiyyata düşsə də sonradan tibb kitabçasının taleyi ilə maraqlanmayan vətəndaşların bu cür hallarda daha çox problemlə qarşılaşmaları ilə bağlı məqama toxunan deputat bildirib ki, belə hallarda xəstə barədə sistemdə məlumat olmadığına görə çətinlik yaranması təbiidir:

“Vətəndaş qeydiyyata düşmədiyi halda onun xroniki xəstəliklərini təqib edən ailə həkimi olmur. Buna görə vətəndaşın xəstəlikləri barədə sistemdə məlumat toplanmır. Belə halda xəstə vəfat edirsə, dəfn olunduqdan bir neçə gün sonra “ölüm kağızı” istənilən zaman problem yaşanır. Bu məsələlərdə vətəndaşlar gərək diqqətli olsunlar, yaşadıqları ərazi üzrə poliklinikada qeydiyyata düşsünlər”.

Deputat əlavə edib ki, bu məsələdə də ikitərəfli məsuliyyət var:

“Vətəndaş məsuliyyət daşıdığı kimi, tibb müəssiəsi də məsuliyyət daşıyır. Dövri siyahıya alınma aparılmalıdır. Bu, ən azı ildə bir dəfə, yaxşı olardı ki, 6 aydan bir həyata keçirilsin”.

Ölümün səbəbini aydınlaşdırmaqdan ötrü meyitin yarılması və ailələrin buna razı olmadığı məqamda yaşanan problemə isə deputatın fikri belə olub:

“Məhkəmə ekspertizanın rəyi lazım olan məqamlarda ailə ekspertizaya razı olmadıqda tibb müəssiəsi ölüm səbəbi ilə bağlı qərar verə bilmir. Bu halda da məsələ məhkəmədə həll edilir”.

Mövcud problemlər və səsləndirilən iddialarla bağlı Səhiyyə Nazirliyinin isə mövqeyi belə olub:

“Ölüm haqqında şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır.

“Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.”
Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə (//e-health.gov.az/Services?categoryID=2515) əldə edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, ölüm haqqında tibbi şəhadətnamə yalnız tibb müəssisələri tərəfindən verilir”.

Sizinxeber.Az

Ölü sahibindən “Ölüm kağızı”ı üçün 150 manat niyə tələb edilir? – Problemin KÖKÜ

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!