Sizin Reklamınız Burada ola bilər!
Ölkəmizdə ilk dəfə təşkil edilən Peşələr Festivalının Bakı şəhərində yekun tədbiri olub - FOTOREPORTAJ
Ölkəmizdə ilk dəfə təşkil edilən Peşələr Festivalının Bakı şəhərində yekun tədbiri olub - FOTOREPORTAJ

Ölkəmizdə ilk dəfə təşkil edilən Peşələr Festivalının Bakı şəhərində yekun tədbiri olub – FOTOREPORTAJ

Ölkəmizdə ilk dəfə təşkil edilən Peşələr Festivalının Bakı şəhərində yekun tədbiri olub – FOTOREPORTAJ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə təşkil edilən Peşələr Festivalının Bakı şəhərində yekun tədbiri olub.
Oxu.Az-ın məlumatına görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, təhsil nazirinin müavini İdris İsayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, millət vəkilləri və digərləri iştirak edib.
Yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib. 
Festivalda bildirilib ki, ölkənin 10 rayon və şəhərində “Öyrən, Əylən, Peşəni seç” devizi altında müxtəlif peşələr üzrə ekspertlərin iştirakı ilə keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənmək şansı qazanıblar. 
 
Onlar gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar, peşələrlə əyani şəkildə tanış olmaq imkanı əldə ediblər. 
Festival boyunca ziyarətçilər üçün aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib. 
Festivala qatılan şəxslərə Mərkəzi Karyera filialının məsləhətçiləri tərəfindən peşəyönümü məsləhəti xidməti də göstərilib, “Alo, Karyera” dəstək xidməti və cvyarat.az platforması barədə məlumat verilib. 
Agentliyin Peşə Hazırlığı Mərkəzləri də Festivalda təmsil olunub. Peşə biliklərini təkmilləşdirmək və ya yeni peşəyə yiyələnmək istəyən işsiz və işaxtaran şəxslərə tədris olunan sahələr barədə məlumatlar verilib, müraciətləri qeydiyyata alınıb. 
Festival Şamaxı, Bərdə, Qazax rayonlarını, Şirvan, Şəki, Mingəçevir, Gəncə, Lənkəran, Bakı və Sumqayıt şəhərlərini əhatə edib. Tədbirə ümumilikdə 50 mindən çox şəxs qatılıb. 

Daha çox şəkil burada: Photostock.az

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Ölkəmizdə ilk dəfə təşkil edilən Peşələr Festivalının Bakı şəhərində yekun tədbiri olub – FOTOREPORTAJ

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica