featured

Öldürülən 16 yaşlı cüdoçunun sevgilisi DANIŞDI: “Hər gün onunla…”

Son zamanlar gənclərin ani ölümü ilə qarşılaşırıq. Kimisi yol qəzasında, kimisi cavanlaşan xəstəliklərdən, kimisi isə gözləmədiyi anda dünyasını dəyişir. O biri dünyaya 16 yaşında köçən Turan Hüseynov da ölümü erkən yaşında görən gənclərdən biridir. 

Xatırladaq ki, o, Şağan İdman Olimpiya Kompleksində 19 yaşlı idmançı Ruslan Səfixanov tərəfindən söyüş üstündə öldürülüb. ”Tiktok”da Turana aid videolar trendə düşüb desək, yanılmarıq. Onların içərisində mərhumun sevgilisinin paylaşdığı görüntülərlə də qarşılaşdıq. Adı E.H. olan həmin qızla əlaqə yaratdıq.

E.in sözlərinə görə, o, mərhumun məzarına baş çəkmək üçün hər gün Mingəçevirdən Yevlaxın Salahlı kəndindəki məzarlığa gedir:

“Biz ötən il cüdo klubunda tanış olmuşuq. Sosial şəbəkə hesabımızda bir-birimizi izləyirdik. Bir gün məndən çox xoşlandığını, sevdiyini söylədi. Münasibətimiz çox gözəl irəliləyirdi. İlk sevgi saf olur deyirlər. Elə idi bizdə. Həmişə bir-birimizin yanında idik. Elə sevə-sevə də ayrılmışıq…

Sonuncu dəfə nəyinsə üstündə bərk dalaşıb əlaqəmizi kəsdik. Düzdür, mənimlə yenidən bərabər olmaq üçün cəhdlər edirdi. İstəmirdim, amma indi çox peşmanam. Həmin hadisə olanda dostlarım xəbər verdi mənə. Biləndə ki, Turan bıçaqlananda oradakı müəllimlər, insanlar heç bir şey etməyiblər, dəhşətə gəldim. Necə yəni heç kəs heç nə etmədi? Necə yəni göz görə-görə qarşısını almadılar? Videolara baxa bilmədim, ürəyim gəlmirdi. İndi baxıram və hələ də özümə gələ bilmirəm.

Hər gün ona baş çəkməyə Mingəçevirdən Yevlaxın Salahlı kəndinə gedirəm. Danışıram onunla, ölümü ilə barışa bilmirəm. Nə mən, nə də ailəsi. Bacısı ilə danışıram. Onların halını təsəvvür edin. Evdən Bakıya uşaq yola salıblar ki, yarışa getsin. Sağ-salamat göndərdikləri uşağın evə cənazəsi gəlir…”

E.-in və mərhumun yaxınlarının indi təsəllisi şəkillər, səs yazıları, xatirələr və qara torpaqdır. “Söyüş üstündə” həyatına son qoyulan Turan Hüseynovun hekayəsi yarıda qırıldı, Allah onun yaxınlarına səbr versin…

Sizinxeber.Az

Öldürülən 16 yaşlı cüdoçunun sevgilisi DANIŞDI: “Hər gün onunla…”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!