Sizin Reklamınız Burada ola bilər!
"O mənim yaşama səbəbimdir"

“O mənim yaşama səbəbimdir”

“Valideyinlərim mənə heç zaman inanmayıblar. Konservant insan olublar. Hüquqşunas olmağımı istəyirdilər. Onların təqidi ilə hüquqşunaslığı oxudum. Universitetə girdim, diplomum oldu. Birinci kursda ürəyim partlayırdı. Qaçıb incəsənət universitetinə gedirdim. İkinci təhsil almaq üçün imtahana hazırlaşdım. Dedilər ki, ikinci təhsil pulludur. Mən də kasıb uşaq. Avtobusa minmək üçün güclə pul tapırdım. Ondan-bundan borca pul alırdım. Çox çətin zamanlar idi”.

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov “Sözbaz” proqramında deyib. Ailəsindən danışan Şəhriyar bunları əlavə edib:

“Evimizdə maddi vəziyyət çox pis idi. İşləyib ailəmə pul gətirirdim. 16 yaşımda sinif yoldaşlarım məni tanımasın deyə, üzümü gizlədərək, vağzalda araba daşıyırdım. Atamın kiçik biznesi də çökmüşdü. Çox yaxın tanışlarımızın köməyi ilə neft sənayəsinə işə düzəldim. 2000-ci illərdə həftədə yeddi gün dənizin ortasında “Günəşli yataqları”nda olurdum. Dörd il neftçi işləmişəm.

Sonra sahildə mühafizəçi işlədim və daha sonra rəhbər oldum. O ərəfələrdə “Qəfəs” realiti-şousu başladı. Getdim ora. Finala qədər gəldim. Üç nəfərdən biri oldum. Kasıb bir insanın tanınmış olması çox çətin bir məsələdir. Birdən-birə ATV-də səhər verilişində aparıcılıq etməyə başladım”.

Oğlu Osmandan danışan Şəhriyar “Oğlum Osmanla oxşar cəhətlərimiz çoxdur. Ata məsuliyyəti nədirsə, onu ömrümün sonuna kimi daşıyacağam. Atamı çox istəyirəm. Amma onunla heç zaman dost olmamışam. O dövrün kişiləri konservant olub. Aramızda sərhədlər olub. Amma mən anlayıram ki, oğlumla dost olmalıyam. Hər bir sirrini mənə danışmalıdır. Çünki indi təhlükə daha çoxdur. Onu sıxmayacağam. İstədiyi yöndə getsin. Həyatda məni xoşbəxt edən iki insan var: anam və oğlum Osman. Yaşama səbəbim, gələcəyim Osmandır. Ən böyük arzum sənin çiyinlərində bu dünyadan köçməkdir” sözlərini əlavə edib.

Qeyd edək ki, Şəhriyar rəqqasə-aktrisa Oksana Rəsulova ilə evli olduğunu açıqlayıb. O, sənətçinin övladının atası olduğunu bildirib. Bir müddət əvvəl isə Oksana boşandıqlarını deyib. 

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
“O mənim yaşama səbəbimdir”

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica