Normal yaşamaq üçün maaş 500-1000 manat olmalıdır - DEPUTAT
Normal yaşamaq üçün maaş 500-1000 manat olmalıdır - DEPUTAT

Normal yaşamaq üçün maaş 500-1000 manat olmalıdır – DEPUTAT

Ötən gün Prezident İlham Əliyev yerli televiziya kanallarına  müsahibəsində ölkəmizdə müşahidə olunan bahalaşma və minimum əməkhaqqı  artımına da münasibət bildirib. Dövlət başçısı çıxışı zamanı  Azərbaycanda kəskin qiymət artımının müşahidə edildiyini söyləyib:

“Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox  ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur.  Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu  üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq”.

Prezident, həmçinin deyib ki, dünya üçün böhranlı vəziyyəti  biz xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla  yüngülləşdirməyə çalışırıq:

“Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu  göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi  tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər  vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır  və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir”.

Minimum maaş və pensiya artımına gəlincə, Prezident indiki rəqəmlərin qaneedici olmadığı diqqətə çatdırıb:

“Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz  addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər  istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu  potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun  illər prioritet kimi qalacaq”.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Prezident inflyasiya və qiymət artımı ilə bağlı suallara cavabında bir sıra məsələlərin səbəbini aydınlaşdırıb:

“Dünən dövlət başçısı jurnalistlərin bütün sahələr üzrə verdiyi  suallarını faktiki olaraq cavablandırdı. Prezident qiymət artımı və  inflyasiyanın dünyada gedən proseslərlə bağlı olduğunu diqqətə çatdırdı.  Azərbaycanda da kəskin qiymət artımının olduğunu vurğuladı”.

Deputatın sözlərinə görə, prezident inflyasiya və qiymət  artımlarının təsirlərini azaltmaq üçün müəyyən işlərin görülməsinə  dair göstərişlər verib:

“Prezident bu yaxınlarda “Əhalinin sosial rifahının yaxşılaşdırılması  sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Bununla da maaş  və pensiyaların məbləği artırıldı. Cənab Prezidentin bu sərəncamı çox  mühümdür. Çünki artım 700 minə yaxın insanın maaşına təsir edəcək.  Hazırda müavinətlərin məbləği də aşağıdır. Beləliklə, sosial  müavinətlərlə bağlı Nazirlər Kabinetinə göstəriş verilib. Kənardan çoxlu  məhsullar idxal etdiyimiz üçün Azərbaycanda güclü inflyasiya və qiymət  artımı var. Əlbəttə, bu səbəbdən maaş və pensiyaların məbləğinin  artırılması qiymət artımları ilə adekvat deyil. Ancaq gedişat göstərir  ki, 2023-cü ildə inflyasiya, qiymət artımı elə də yüksək olmayacaq.  Bunun qarşısı müəyyən mənada alınacaq”.

“Qeyd edim ki, süni qiymət artımları da ola bilər. Pensiya və  maaşlar artdıqdan sonra möhtəkirlər bundan istifadə etməyə başlayacaq.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi  problemin qarşısını almaq üçün ciddi işlər görməlidir. Çünki qiymət  artımı olduqda insanlar maaş və pensiyalarına daxil edilən əlavə vəsaiti  hiss etmirlər”,- deyə V.Əhmədov vurğulayıb.

Bəs, bugünkü şəraitlə əlaqədar olaraq minimum əməkhaqqı nə qədər olmalıdır?

V.Əhmədov suala cavabında deyib: “İnsanların normal yaşayıb,  fəaliyyət göstərməsi üçün 500-1000 manat arası vəsait lazımdır. Bu  qiymət artımlarının təsirini müəyyən qədər azalda bilər. Müavinət  məsələsinə də baxılmalı, imkan daxilində onun məbləği 180 manatdan heç  olmasa 280 manata qaldırılmalıdır. Müavinət kifayət qədər vacib  məsələdir”.

Sizinxeber.Az

Normal yaşamaq üçün maaş 500-1000 manat olmalıdır – DEPUTAT

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!