Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Nərminin qətli: İlkin Süleymanovdan inanılmaz sözlər

Nərminin qətli: İlkin Süleymanovdan inanılmaz sözlər
Nərminin qətli: İlkin Süleymanovdan inanılmaz sözlər

18:33

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Axar.az yerli mediaya istinadla xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

İlkin Süleymanov deyib ki, bu cinayəti üzərinə götürməkdən ötrü ona ağlasığmaz işgəncələr verilib.

Onun sözlərinə görə, Tovuz Rayon Polis Şöbəsində üç gün davam edən psixoloji və fiziki işgəncələr sonda pik həddə çatıb və o dözə bilməyib. O deyir ki, qətiyyən xəbəri olmayan cinayəti işgəncələr üzündən boynuna götürüb:

“Yanvarın 9-da məni rəis müavini Şahlar Cəfərovun kabinetinə qaldırdılar. Qandallı vəziyyətdə yerə uzatdılar. Kepkalı əməliyyatçı stulun ayağıyla vururdu. Sonra Şahlar özü dəyənəklə ayaqlarımın altına xeyli vurdu. Daha bir nəfər paralel baş nahiyəmdən vururdu. Sonra başıma ya vedrə, ya qazan keçirib, üstündən vurmağa başladılar…”

Süleymanov deyib ki, kabinetdəki stulları bir-birinə yaxınlaşdırıb, corablarını çıxarıb, ayaqlarını isladıb döyürdülər. Onun sözlərinə görə, bədəninin həssas nahiyələrinə elektroşok verirdilər:

“Dedim ki, nə olar, endirin, nə istəyirsiniz, razıyam. Şahlar Cəfərov gəlib dedi ki, başa düşmürsən, bizimlə oynamaq olmaz, nə desək, eləməlisən. Gördülər ki, dediklərini eləyəcəm, ayaqqabı, corab gətirdilər, geyimim, müstəntiqin yanına aparsınlar, ifadəyə qol çəkim. Ayaqlarım elə vəziyyətdə idi, geyinə bilmədim. Tərlik geyinib getdim. Müstəntiq polis rəisinin qapısının ağzında idi. Qanıqara dayanmışdı. O da başa düşürdü ki, nə işə gedirdi…”

Süleymanov ifadəsində bildirib ki, Nərmini oğurladığı iddia olunan gün – 2019-cu il noyabrın 21-də əslində o, bacısı İlhamənin evində qalıb. Çünki atası insult keçirdiyinə görə İlhamə Süleymanova gedib tez-tez atasıgildə qalır, ona qulluq edirdi. O isə bacısının ev təsərrüfatı, toyuq-cücəsi tələf olmasın deyə, gecələr onun evində qalır, səhər saat 10 radələrində çıxıb gəlirdi.

Sinif yoldaşı olan Şərif Quliyevin övladlarından yalnız böyük qızını tanıdığını, Nərmini əvvəllər heç tanımadığını, adını da bilmədiyini deyən Süleymanov vurğulayıb ki, onun itkin düşməsindən də bir gün sonra xəbər tutub:

“Bacım Şərifin qardaşı Arifgillə qonşudur. Ayın 22-də səhər bacımgildən gələndə gördüm ki, Arifgilin qapılarında polislər var. Heç dayanıb soruşmadım ki, nə məsələdir. Sonra küçə boyu polisləri gördüm. Evdə olanda anam dedi ki, sinif yoldaşın Şərifin ortancıl qızı itib”.

Süleymanov yanmış meyit tapılan gün haqda da danışıb. O, yanğın yerinə yaxınlaşmasının səbəblərinə aydınlıq gətirib. Deyib ki, həmin yer evlərilə üzbəüzdə yerləşir. Valideynləri görməsin deyə, siqareti daim küçədə çəkdiyini deyən Süleymanov bildirib ki, ənənəvi qaydada həmin gün də siqaret çəkməyə çıxmışdı:

“Bir müddət əvvəl o yerdə zibil yandırmışdılar, yanğın ağaclara keçmişdi, qoz ağacları yanmışdı. Qorxdum ki, yenə ağaclara ziyan dəyər. Bu dəfə də yanğın görəndə ona görə qaçdım. Gördüm ki, adam ayağına oxşayan nəsə var, bir də ayaqqabı… Tez qaçdım Nazim dayını çağırdım. Çünki onun evi daha yaxın idi”.

Süleymanov əlavə edib ki, Nərmini evdə saxladığı iddia olunan 47 gün ərzində dəfələrlə Gəncədə, Şəmkirdə, Tovuzda toy, yas məclislərində olub, alış-verişə gedib.

Növbəti məhkəmə prosesi mayın 11-nə təyin olunub.

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Nərminin qətli: İlkin Süleymanovdan inanılmaz sözlər

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!