“10 yaşlı Nərmin Quliyevanın ölüm hadisəsini boş buraxmamışam, prosesi diqqətlə izləyirəm. Qatilin elə təqsirli bilinən adam olduğuna ilk gündən inanıram. Məni kimsə ödənişli kameralar qabağında meymunluq etməklə aldada bilməz. Hələlik, o adamın qatil olmadığına məni inandıracaq tutarlı bir fakt görə bilmirəm”.
Sonxeber.az xəbər verir ki, bu sözləri yazıçı Aysel Əlizadə öz Facebook hesabında yazıb.
O həmçinin bildirib ki, təqsirli bilinən İlkin Süleymanov azadlığa buraxılsa belə yenə eyni fikirdə qalacaq
Hətta onu buraxsalar belə (ki mən ölkəmdə hər şey gözləyirəm) bu, fikrimi dəyişməyəcək. Mövzuya kifayət qədər hakiməm. İllərdi bu cür hadisələri araşdırıb ilk dəfə dilə gətirən, mentalitet düşünmədən açıq səsləndirən, yazan şəxs kimi rəyim qətidi. Məhkəmənin gedişatını hələlik təmkinlə izləyirəm… Fikirlərimi bölüşəcəm deyə yazıçı əlavə edib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı 2019-cu il noyabrın 21-də itkin düşüb. Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyiti aşkar edilib. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.