featured

Nemət Pənahlı baş-ayaq durmasından danışdı: “Jurnalist o videonu məndən xəbərsiz çəkmişdi…”

Elə bir iş görməmişəm ki, cəmiyyət içərisinə çıxanda xəcalət çəkim. 16 yaşından siyasi mübarizə meydanına çıxmış adamam. 26 yaşında Meydan hərəkatına rəhbərlik etmişəm. Sovet imperiyasının təhlükəsizlik orqanları çox çalışıb ki, məni rüsvay edən, gözdən, hörmətdən salan nəsə tapsın. Bu 35 ildə şəxsiyyətimlə, ailəmlə, nəslimlə bağlı heç bir pis şey aşkarlanmayıb.

Sizinxeber.az xəbər verir ki, bunu Teleqraf.com-a siyasətçi Nemət Pənahlı efirdə baş-ayaq durmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, 18 gün azadlıq meydanında gecəli-gündüzlü danışıb: “Azadlıq meydanında mənim bir sözümlə bir milyon adam oturub-qalxıb. Heç vaxt meydanda deməmişəm ki, oturmayan ermənidir. sonradan demədiyim sözü, yüz minlərin səsləndirdiyi fikri Nemətin adına yazdılar. Məqsəd məni aşağılamaq idi”.

Siyasətçi uzun müddətdir yoqa idman növü ilə məşğul olduğunu deyib: “Yoqa idmanla məşğul olmaq istəyənlər üçün ən yaxşı seçimdir. Peyğəmbərimizin sözü var ki, sağlam yaşayıb, sağlam ölmək istəyirsinizsə, üzün, güləşin, at minin. Saatlarla fırtınalı dənizdə, daşqın çayda üzə bilirəm. Ram olunmaz atları çapa bilmək bacarığım var, əhilləşdirilməmiş atları belə əhilləşdirirəm.

Bu gün heç bir çapar mənimlə rəqabət apara bilməz. Güləşmək üçün də yaxşı tərəf-müqabilin olmalıdır. Bu üç idman növünə şərait olmadığına görə yoqa ilə məşğul olmaq ən optimal seçimdir. Həmçinin yoqa bu idman növlərindən də üstündür. Bir kvadrat metrlik ərazidə yoqa etmək olur. Özünüz də görmüsünüz ki, orada (efirdə-red.) mən bir sadə stulun üzərində mürəkkəb yoqa hərəkəti etmişəm.

Sonuncu dəfə həbsdə 9 kvadratmetrlik kamerada olmuşam. Orada məni sağlam saxlayan elə yoqa oldu. Heç kəs mühakimə edə bilməz ki, siyasətçi, dövlət adamı, dindar, ədəbiyyat xadimi niyə idmanla məşğul olur? Əslində bu, istənilən siyasətçinin məşğul olacağı idman növüdür.

Amma Nemətə qara yaxmaq istəyənlər dinc durmur. Əllərinə girəvə düşüb. Bu görüntülər yayıldıqdan sonra oğlum bu məsələlərə sərt reaksiya verdi. Onu saxlamasaydım, gedib kiminləsə dalaşa bilərdi. Sadəcə Nemət Pənahlıya vaxtilə “ştatnı fit çalanlar” indi trolluq edirlər. Düşünürlər ki, Nemət sağdırsa, nə vaxtsa bizim cəzamızı verəcək”.

Nemət Pənahlının sözlərinə görə, efirdə sadəcə xanım jurnalistin israrlı xahişi ilə yoqanın bir nömrəsini nümayiş etdirib: “Jurnalist özü də dedi ki, o da yoqaya meyillidir, səhhətində problemlər var. Veriliş bitəndən sonra mən həmin hərəkəti orada stulun üstündə göstərdim. Özü mənə demədən çəkmişdi. Sonra isə yenə də bunun çox böyük maraqla qarşılanacağını israr edərək paylaşmaq üçün məndən razılıq aldı.

Təbii, bunun mənfi tərəflərinin olacağını öncədən ona bildirdim. Sonradan dedilər, guya xanım jurnalist məni tora salıb, amma mən o qənaətdə deyiləm. Bunun uyğun olmadığını xanım aparıcıya dedim, hətta təklif etdim ki, bunun üçün xüsusi proqram hazırlaya bilərik. Sadəcə o xanım yoqa nümayişinin müsbət tərəfini düşünərək paylaşıb.

Sözsüz ki, bu paylaşımdan sonra mənim ailəmdə də narahatlıq oldu. Xanımım, qızım məyusluq yaşadılar. Onları başa düşürəm. Qızımın artıq reaksiyası mətbuatda, sosial şəbəkələrdə yer alıb. Amma ailəm də yoqaya meyillidir. Xanımım, qızım da bu hərəkətləri edə bilirlər”.

Sizinxeber.Az

Nemət Pənahlı baş-ayaq durmasından danışdı: “Jurnalist o videonu məndən xəbərsiz çəkmişdi…”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!