ilbet
Nazirdən sənət adamlarına müjdə

Nazirdən sənət adamlarına müjdə

Abunə Ol
Dekabr 30, 2021 08:08
Nazirdən sənət adamlarına müjdə
0

BƏYƏNDİM

ABUNƏ OL

İncəsənət xadimlərinin maddi durumu ilə bağlı məsələləri böyük həssaslıqla qarşılayırıq. Onlar müxtəlif mükafatlar, fəxri adlar alan şəxslərdir. Mədəniyyət Nazirliyinin onların maddi durumunun yaxşılaşdırılması ilə bağlı hər hansı bir maddi mexanizmi yoxdur. Bununla bağlı nazirliyə heç bir maddi vəsait də ayrılmır.

Bu sözləri Mədəniyyət naziri Anar Kərimov Kult.az-ın sualına cavab olaraq “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə hədəflər və nəticələr” adlı mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, bu məsələ onların diqqətindədir:

“Hazırda müxtəlif dövlət qurumları ilə çalışıb bir mexanizm fikirləşirik, bəlkə də bir sosial fond yaradıla bilər. Bu fond vasitəsilə mədəniyyət sahəsində çalışan, çalışmış və Azərbaycan mədəniyyətinə töhfə vermiş şəxslərə köməklik göstərməyi düşünürük. Bu, nazirlik üçün çox önəmli layihədir. Hesab edirik ki, bu bizim borcumuzdur. Burda çox önəmli məsələ şəffaflığın təmin edilməsidir. Fond yaradılsa, çalışıb orda maksimum dərəcədə şəffaflığı təmin etməliyik. Bunu nə qədər tez təmin edə bilsək, fond məsələsini də o qədər tez həll edərik”.

Qeyd edək ki, son zamanlar əməkdar artist Novruz Qartal, “Qızıl Dərviş” mükafatçısı Oruc Qurbanov və s. mədəniyyət sahəsində xeyli xidmətləri olan incəsənət nümayəndələrinin maddi durumunun zəif olması, kirayədə qalması, xüsusilə də Oruc Qurbanovun mədəniyyət nazirinə açıq məktub yazaraq, mənzillə təmin edilməsini və Prezident təqaüdü verilməsinə köməklik göstərməsini istəməsi barədə müzakirələr aparılır.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.