Naxçıvandakı əməliyyatla bağlı Talıbovun mövqeyi bilindi

Xəbər verdiyimiz kimi, bir neçə müddətdir mətbuatda Naxçıvanla bağlı yazılar, müzakirələr aparılır. Sosial şəbəkələrdə yazılan şərhlərdə, aparılan müzakirələrdə bir çox insanlar islahatları alqışladığını bildirir.

Sizinxeber.az xəbər verir ki, Naxçıvanda baş verən hadisələrin cəmiyyətdə ciddi rezonans doğurduğunu nəzərə alaraq Manset.az Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla əlaqə saxlamağa cəhd edib. Bir neçə cəhdən sonra telefonu Ali Məclis sədrinin köməkçisi Ramiz Məmmədov açıb. O, sualları qısa cavablandırıb:
“Aparılan əməliyyatlarla bağlı geniş heç nə deyə bilmərəm. Hər halda əməliyyatlar başqa yerlərdə də aparılıb”.

Əməkdaşımızın bəs Ali məclisin sədri bu olayları necə qarşılayır? sualına Ramiz Məmmədov belə cavab verib.

“Siz necə qarşılayırsız? Hər bir zaman islahatlar ola bilər. Dövlətin apardığı islahatları heç kəs müzakirə edə biməz”.

Sizinxeber.Az

Naxçıvandakı əməliyyatla bağlı Talıbovun mövqeyi bilindi

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!