ilbet
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər SAXLANILIB

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər SAXLANILIB

Abunə Ol
Dekabr 14, 2021 23:05
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər SAXLANILIB
0

BƏYƏNDİM

ABUNƏ OL

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər SAXLANILIB
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Bakı-Quba, Bakı-Qazax və Ələt-Astara yollarındakı postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ələt-Astara yolundakı postda Biləsuvar rayon sakini Rəhman Əliyevin idarə etdiyi VAZ-2106, Bakı-Quba yolundakı postlarda Bakı şəhər sakinləri İlham Səfərovun idarə etdiyi “Toyota” və Kamran Əbilovun idarə etdiyi “Toyota”, Bakı-Qazax yolundakı postlarda isə Cəbrayıl rayon sakini Röyal Oruclunun idarə etdiyi KİA, Şirvan şəhər sakini Fuad Abbaslının idarə etdiyi VAZ-2106, Bərdə rayon sakini Misir Cəfərovun idarə etdiyi “Renault”, Mingəçevir şəhər sakini İlham Hidayətovun idarə etdiyi “Mercedes-Benz”, Göyçay rayon sakini Şirxan Rəhimovun idarə etdiyi “Daewoo” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.
Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1, 333.2, 333.4 və 334.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.
R.Əliyev 400 manat məbləğində cərimələnib, Abşeron rayon məhkəməsinin qərarı ilə İ.Səfərov bir il, K.Əbilov altı ay müddətinə sürücülük hüququndan məhrum edilib, Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə R.Oruclu beş gün müddətinə inzibati həbs edilib. Qaradağ Rayon Məhkəməsinin qərarları ilə F.Abbaslı iki il müddətinə sürücülük hüququndan məhrum edilməklə yeddi gün müddətinə, İ.Hidayətov iki il müddətinə sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətinə, Ş.Rəhimov iki il müddətinə sürücülük hüququndan məhrum edilməklə yeddi gün müddətinə, M.Cəfərov isə 10 gün müddətinə inzibati həbs ediliblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.