ilbet
“Namaz qılmır, içir, amma kazino mövzusu gələndə deyir müsəlmanıq olmaz”

“Namaz qılmır, içir, amma kazino mövzusu gələndə deyir müsəlmanıq olmaz”

Abunə Ol
Dekabr 22, 2021 08:04
“Namaz qılmır, içir, amma kazino mövzusu gələndə deyir müsəlmanıq olmaz”
0

BƏYƏNDİM

ABUNƏ OL

Deputat Qüdrət Həsənquliyev Azərbaycanda kazinoların açılması ilə bağlı Milli Məclisdə səsləndirdiyi fikirlərin sosial şəbəkələrdə müzakirə olunmasına münasibət bildirib.

“Qafqazinfo”ya danışan millət vəkili fikrinin bəzi şəxslər tərəfindən yanlış şəkildə yozulduğunu bildirib. O qeyd edib ki, kazinolarla bağlı təklifi yalnız Qarabağla bağlı deməyib: “Mən orda təkcə Qarabağı demədim. Azərbaycanda da müəyyən yerlərdə təşkil etmək olar.  Böyük Zirə adasını, Nargin adası, turizm məkanları kimi tanınan Quba, Qəbələ və ya Masallıda da təşkil eləmək olar. Rusiyada 4 yerdə, Qazaxıstanda Alma-Atıdan 70 km aralıda kazino var. Azərbaycan vətəndaşları istəmirsə, müsəlmançılıqda qadağandır deyirsə, bunu  öz vətəndaşlarımıza qadağan eləmək olar. Amma bəzi özünə müsəlman deyənlərin özü spirtli içki içir, namaz qılmır, Həcc ziyarətinə getmir. Amma bu məsələ gələndə deyirlər müsəlmanıq olmaz. Müsəlman ölkəsi olan Malaziyada, Şimali Kiprdə kazinolar var. Bu sahədən böyük gəlir götürürlər”.

Q.Həsənquliyev kazinolar vasitəsilə ölkəyə çoxlu turist cəlb etmək və pul qazanmaq imkanı olduğunu deyib: “Bu gün Qarabağda böyük pula ehtiyac var. Şəhidlərimiz orada qan töküb ki, insalarımız orada yesinlər, içsinlər, əylənsinlər. Orada da kazinolar açılacaqsa, investisiya qoyulacaq, turist axını olacaq, bu da bölgənin inkişafına təkan verəcək. Gürcüstan balaca respublikadır, amma kazinolar hesabına milayrdlarla pul qazanır. Yəni turizmi inkişaf etdirmək üçün kazino bir vasitədir”.

Deputat fikrinin bəzi şəxslər tərəfindən təhrif edildiyini deyib: “Mən demişdim ki, xərcləri aşağı salmaq lazımdır. Xərclər haradan başlayır? Təyyarə biletlərindən. Biletlər ucuz olmalıdır ki, insanlar gəlsinlər. Yemək, qalmaq xidmətləri ucuz və keyfiyyətli olmalıdır. Çox təəsüf ki, bu məsələlər qaldı qıraqda, bir dənə yapışdılar, kazinodan.

Turistlər bizim kimi ölkələrə əylənmək üçün gəlirlər. Bizdə Fransada, Londonda olan tarixi abidələr yoxdur ki, deyim ki, gəlib arxitektura nümunələrinə baxsınlar. Turistlərin əylənməsi üçün imkanlar yaradılamlıdır. Bakıda bir Qız Qalasıdır, bir də Şirvanşahlar sarayı. Bizdə daha çox imkan var ki, əyləncə-istirahət turizmini inkişaf etdirsinlər. Məsələn, Naftalanda müalicə-səhiyyə turizmuini yarada bilərik. Yaxud meşələrimiz var, Qarabağda da belə yerlər var”.

Günel Türksoy

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.